Bakı. 27 noyabr. REPORT.AZ/ Dünyanın ən böyük əyləncə parkının inşa olunacağı ölkə məlum olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, park Cənubi Koreyada yerləşəcək.
Koreyanın Çun-çeon şəhərindəki gölün ortasında yerləşən bir adada inşa edilməsi planlaşdırılan əyləncə parkında otel, su əyləncə parkı, alış-veriş və oyun mərkəzlərinin olacağı bildirilib.
Əyləncə parkının təxminən 1,3 milyon kvadrat metr sahədə inşa olunması planlaşdırılır. Məlumatda o da qeyd edilib ki, tikilməsi planlaşdırılan park İngiltərədə olan Legolanddan iki dəfə böyük olacaq.
Əyləncə parkının inşasına İngiltərənin "Merlin Entertainment Group" şirkəti 90 milyon dollar, layihənin Cənubi Koreya tərəfini təmsil edən "LL Development" firması isə təxminən 360 milyon dollar xərcləyəcək.
Nəzərdə tutulan parkın inşasına sabah başlanılması planlaşdırılır.