Bu şəhərcikdə bütün sakinlərə elektromobil paylanılıb

Bu şəhərcikdə bütün sakinlərə elektromobil paylanılıb Eksperiment çərçivəsində Fransanın Appi kommunasında bütün ev sahiblərinə “Renault Zoe” elektromobili verilib
Maraqlı
27 İyul , 2020 16:25
Bu şəhərcikdə bütün sakinlərə elektromobil paylanılıb

Eksperiment çərçivəsində Fransanın Appi kommunasında bütün ev sahiblərinə “Renault Zoe” elektromobili verilib.

“Report” “Motor1”a istinadən bildirir ki, bununla bağlı layihə 3 il davam edəcək.

Məlumata görə, eksperimentin məqsədi elektromobil istifadəçiləri ilə tez-tez təmasda olub onların rəylərini öyrənib, təhlil etmək, maşının konstruksiyası və texnologiyasını optimallaşdırmaqdır.

Şirkət ümid edir ki, bu sınaq elektromobilin ailə üçün əsas nəqliyyat vasitəsi kimi yararsız olduğu barədə əfsanəni dağıdacaq.

Son xəbərlər

Orphus sistemi