Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib

Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib Böyük Britaniyanın Çinin Çunçin şəhərindəki baş konsulu, 61 yaşlı Stiven Ellison bu ölkənin Çjunşan şəhərində suda boğulmaqda olan 24 yaşlı tələbəni xilas edib.
Maraqlı
1404
17 Noyabr , 2020 02:46
Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib
Stiven Ellison

Böyük Britaniyanın Çinin Çunçin şəhərindəki baş konsulu, 61 yaşlı Stiven Ellison bu ölkənin Çjunşan şəhərində suda boğulmaqda olan 24 yaşlı tələbəni xilas edib.

Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.

Bununla bağlı yayılmış videogörüntülərdə qızın suya düşməsi, sonra huşunu itirməsi əks olunub.

Kadrlarda tələbənin boğulduğunu görən, lakin onun xilası üçün heç nə etməyən insanların səsləri eşidilir.

Bu zaman Böyük Britaniyanın Çunçin şəhərindəki baş konsulu Ellison suya atılıb və tələbəni sahilə çıxarıb.

"Biz hamımız Çunçindəki Baş konsulumuz Stiven Ellisonla son dərəcə fəxr edirik", - Böyük Britaniyanın Çindəki səfirliyinin “Twitter” səhifəsində qeyd edilib.

Son xəbərlər

Orphus sistemi