Braziliyadan olan bir kişi nasaz avtomobillərin hissələrindən istifadə edərək helikopter yaradıb.
“Report”un məlumatına görə, bu barədə
Onun ixtirası təkcə qeyri-adi görünmür, həm də qəza şəraiti yaratmadan uçur.
Yerli mətbuatın yazdığına görə, dizaynerin adı Juan Diazdır. O, aviasiyanı sevir və çoxdandır helikopter sürmək istəyirmiş, lakin belə imkanı olmayıb, buna görə də öz helikopterini yaratmağa qərar verib.
Helikopterin yığılmasına nə qədər vaxt lazım olduğu məlum deyil, lakin “Volkswagen Beetle”in mühərrikindən istifadə olunub və təkcə avtomobillərdən deyil, velosipedlərdən də hissələr var.
Juanın helikopterinin uçuşu yerli sakinlər tərəfindən lentə alınıb və video sonra internetdə peyda olub. Mühəndislə birlikdə onun dostu da səmaya qalxıb. O, təəssüratlarını bölüşüb. "Biz şəhərin üzərində olduqca yüksəkdən uçduq”, - o deyib.