Böyük Çin səddini dağıdan şəxslər saxlanılıb
Maraqlı
- 05 sentyabr, 2023
- 13:19
Böyük Çin səddini dağıdan şəxslər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Çinin ingilisdilli dövlət nəşri “China Daily” məlumat yayıb. Çin rəsmilərinin bildirdiyinə görə, Böyük Çin Səddinin bir hissəsindən keçidi genişləndirmək üçün ekskavatordan istifadə edən kişi və qadın saxlanılıb.
Genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılması ilə nəticələnib. Məlumata görə, polis ekskavatoru Daxili Monqolustan Muxtar Bölgəsinin Horinqqar mahalına aparan izlərlə aşkarlayıb və orada iki şübhəlini saxlayıb.
Onlar mədəni irsin dağıdılmasında ittiham olunublar.
Qeyd edək ki, Böyük Çin Səddi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və dünyanın ən böyük memarlıq abidəsidir.
Son xəbərlər
07:23
Tailand qırıcıları Kamboca hərbçilərinin mövqelərinə hava zərbələri endirib
Digər ölkələr06:50
KİV: ABŞ Rusiyanın dondurulmuş 200 milyard dollarını Ukrayna üçün istifadə etmək istəyir
Digər ölkələr06:17
Yakutiyada baş verən yanğında 5 nəfər ölüb
Region05:43
Braziliya nüvə silahları ilə bağlı müqaviləni ratifikasiya etməyib
Digər ölkələr05:13
"Coinbase"in direktoru "Bitcoin"in 1 milyon dollar olacağını proqnozlaşdırıb
Maliyyə04:50
Qəzza ilə bağlı "Sülh Şurası"nın tərkibi 2026-cı ildə açıqlanacaq
Region04:20
ABŞ Konqresinin aşağı palatası 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib
Digər ölkələr03:45
Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilə bilər
Digər ölkələr03:08