Bill Qeyts milyarderlərin reytinqində Ceff Bezosu ötüb

Bill Qeyts milyarderlərin reytinqində Ceff Bezosu ötüb Microsoft şirkətinin banisi Bill Qeyts Bloomberg milyarderlərinin reytinqində lider mövqeyə yüksəlib.
Maraqlı
101
16 Noyabr , 2019 08:26
Bill Qeyts milyarderlərin reytinqində Ceff Bezosu ötüb

"Microsoft" şirkətinin banisi Bill Qeyts "Bloomberg" milyarderlərinin reytinqində lider mövqeyə yüksəlib.

"Report"un məlumatına görə, biznesmen iki il ərzində ilk dəfə "Amazon"un rəhbəri Ceff Bezosu ötməyə nail olub.

"Bloomberg Billionaires Index"in məlumatlarında bildirilir ki, Qeytsin sərvəti təxminən 110 milyard dollar təşkil edir. Bezos ondan 1 milyard dollar geri qalır.

Güman edilir ki, Qeyts Pentaqonla imzaladığı 10 illik müqavilə sayəsində birinci sərvətini artırıb. Müqavilənin qiyməti 10 milyard dollar hesablanır. Bu saziş əvvəlcə "Amazon"la bağlanmalı idi. 

Bu günlərdə məlum olub ki, Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib. “Forbes”in məlumatına görə, onun yerini Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” moda evinin sahibi, varidatı 107 milyard dollaradək artan Bernar Arno tutub. Nəticədə Bill Qeyts 106,8 milyard dollar varidatla üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi