Biləsuvarda hind toyuğu festivalı keçirilib

Biləsuvarda hind toyuğu festivalı keçirilib Biləsuvar rayonunda Azərbaycanda ilk dəfə olaraq hind toyuğu festivalı keçirilib.
Maraqlı
290
27 Noyabr , 2021 17:52
Biləsuvarda hind toyuğu festivalı keçirilib

Biləsuvar rayonunda Azərbaycanda ilk dəfə olaraq hind toyuğu festivalı keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir şəhərin Mərkəzi Parkında baş tutub.

Festivalda hind toyuğundan hazırlanmış yerli təamlar nümayiş olunub. Tədbir çərçivəsində yerli kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları, rəsm sərgiləri, peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Eyni zamanda, festivalda respublikanın ən məşhur aşpaz və dequstatorları da iştirak edib.

Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlılar xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, festival "Azər Home Chef" şirkətinin, eləcə də "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi