Təcrübələr göstərir ki, insult və ya travmatik beyin zədəsindən gözləri görməyən insanlar görməyə davam edirlər. Dəhlizdəki maneələrdən qaçır, həmsöhbətin üzündəki duyğuları tanıyır və şəkillərdə göstərilənləri təxmin edirlər.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Belə ki, görmə qıcıqlarının qəbul edilməsi kimi mürəkkəb bir proses torlu qişada başlayır və beyin yarımkürələri qabığının görmə nahiyəsində qurtarır. Həmin proses görmə analizatorunun tamlığı sayəsində həyata keçirilir.
Büllur tərəfindən fokuslaşdırılan isıq şüaları əvvəlcə qanqiloz hüceyrələrin neyronlarından keçərək fotoreseptora çatır. Bu neyronlar xarici aləmə daha yaxındır. Həmin neyronlardan keçən işıq şüaların təsirindən əmələ gələn işıq qıcığı əvvəlcə torlu qişanın işığa həssas hüceyrələrini oyadır. Bu oynama görmə siniri ilə beyin yarım kürələri qabığının görmə nahiyəsində aparılır, burada qıcıqların analizi başa çatır. Bunun sayəsində biz əşyaların rəngini, ölçüsünü, işıqlanma dərəcəsini, yerini, hərəkətini ayırd edirik.
Travmatik beyin zədəsindən əziyyət çəkən insanlarda bu zəncir qırılır və beyinə siqnal ötürülmür. Yəni gözlər sağlam olur və görməyə davam edir, amma insanın beyni buna cavab vermir. Ancaq alimlər hesab edir ki, bəzi hallarda istisnalar mövcuddur.
Niderland və Böyük Britaniyanın elm adamları, baş nahiyəsi zədələndikdən sonra görmə qabiliyyətini itirən şəxslərə şəkillərdə təsvir olunan insanların duyğularını düzgün tanımaqları barədə tapşırıq veriblər.
Onların beyni fotodakı insanın qorxduğunu və ya xoşbəxt olub-olmadığını düzgün müəyyən edib.
Belə ki, onların üz nahiyələrinə yapışdırılan elektrodlar hər bir hərəkəti qeyd edib. Məlum olub ki, könüllülər heç bir şey görə bilmədikləri halda fotodakı insanların simalarının vəziyyətini üz nahiyələrində təkrarlayıblar.