“Baku TV Ru” fəaliyyətinin ildönümünü qeyd edir

“Baku TV Ru” fəaliyyətinin ildönümünü qeyd edir “Baku TV Ru”nin redaksiyasında çalışan həmkarlarımız bu gün fəaliyyət göstərmələrinin ilk ildönümünü qeyd edirlər.
Maraqlı
18 Noyabr , 2022 16:28
“Baku TV Ru” fəaliyyətinin ildönümünü qeyd edir

“Baku TV Ru” redaksiyasında çalışan həmkarlarımız bu gün fəaliyyətlərinin ilk ildönümünü qeyd edirlər.

Kanal yarandığı gündən Azərbaycanda və regionda baş verən ən mühüm və maraqlı hadisələr haqqında xəbərləri, ölkə daxilində və xüsusən də onun hüdudlarından kənarda yaşayan rusdilli auditoriyaya çatdırmağı qarşıya məqsəd qoyub.

Kanalın Baş redaktoru Nata Osmanlı bu əlamətdar günə həsr olunmuş süjetdə bildirib ki, rus redaksiyası fəaliyyətə cəmi 2-3 nəfərlik kiçik qrupla başlayıb. Lakin zaman keçdikcə redaksiya böyüyüb, kanalın auditoriyası isə xeyli genişlənib. Təqdim edilən maraqlı məzmun sayəsində sosial şəbəkələrdə abunəçilərin sayı günbəgün artır.

“Baku TV”nin materialları çox yaxşı baxılır, oxunur və yüz minlərlə baxış toplayır”, - “Baku TV”nin daxil olduğu “Global Media Group”un media direktoru Həmid Həmidov deyib.

“Report” İnformasiya Agentliyi adından həmkarlarımızı ürəkdən təbrik edir, onlara daha böyük yaradıcılıq uğurları arzulayırıq!

Son xəbərlər

Orphus sistemi