Avropanın kəllə muzeyləri - FOTO

Avropanın kəllə muzeyləri - FOTO l'Homme on Place du Trocadéro muzeyində 18 000 kəllə var
Maraqlı
14 Aprel , 2021 16:14
Avropanın kəllə muzeyləri - FOTO

Əlcəzair tarixçisi Ali Farid Belkadi 2010-2011-ci illərdə Fransada və Avropanın aparıcı zəfər (heyday) günü muzeylərindən araşdırma aparıb.

"Report"un xəbərinə görə, Ali Farid Belkadi 68 Əlcəzair kəlləsini sözügedən muzeylərdə aşkar edib. Ümumilikdə l'Homme on Place du Trocadéro muzeyində 18 000 kəllə var və bu kəllərin əksəriyyəti ictimaiyyətə açıq deyil. Məsələ ictimailəşəndən sonra Prezident Makron 24 kəlləni 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və qaytarılıb. 150 ildən artıq Muzeydə nümayiş etdirilən 24 kəllə arasında Fransız işğalına qarşı xalq müqavimətinin altı liderinin qalıqları da olub: Cürdjura bölgəsindəki Çerif Boubeghla ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və Fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanı liderinin Əhməd Bouziane qalıqları (kəlləsi). Hazırda Əlcəzair xalqının mühüm müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi hazırda sözügedən muzeydə saxlanılır.

İddialara görə sözügedən 18 000 kəllənin mütləq əksəriyyəti, Fransa tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxladığı kəllələrdir. İnstitutun rəhbəri isə kəllələri antropoloji məqsədlər üçün saxladıqlarını iddia edirlər.

Eyni qayda ilə sözügedən muzey 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Maorilərlə bağlı analoji addımı Almaniyada atıb.

Digər tərəfdən Almaniyada Prussiya Mədəni İrs Vəqfinin[1] Afrikadan gətirilmiş mindən çox insan kəlləsi topladığı kolleksiya var.

Bunlardan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanların qalıqları ( xüsusilə ilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilirdi. Avropanın müstəmləkə dövlətləri Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayiş etdirmək üçün edirdilər.[2]

Ədəbiyyat siyahısı:

https://www.francetvinfo.fr/culture/patrimoine/histoire/cranes-de-combattants-au-musee-de-l-homme-l-algerie-demande-la-restitution_3294225.html

https://www.lemonde.fr/afrique/article/2020/07/03/la-france-remet-a-l-algerie-24-cranes-de-resistants-decapites-au-xixe-siecle-et-entreposes-a-paris_6045108_3212.html

https://afrotribune.com/lalgerie-reclame-36-cranes-de-independantistes-a-france/

https://www.quora.com/Why-does-France-still-keep-18-thousand-trophy-skulls-belonging-to-rebels-from-her-former-colonies-in-her-Mus%C3%A9e-de-lHomme-in-Paris-What-do-you-think-of-this-barbaric-French-practice

https://theculturetrip.com/europe/germany/berlin/articles/germanys-controversial-collection-of-skulls-from-africa/

Son xəbərlər

Orphus sistemi