Tezliklə Norveçin Stavanqer şəhərində Türkiyənin "Karsan" şirkətinin istehsalı olan sürücüsüz avtobuslar istifadəyə veriləcək.
Bu barədə "Report"
Məlumata görə, ümumi tutumu 50 sərnişinlik, özü idarə olunan avtobus 2022-ci ilin aprel ayından etibarən şəhərin mərkəzi rayonunda iki illik sınaqdan keçiriləcək.
“Türkiyənin "Karsan" şirkəti tərəfindən istehsal olunan səkkiz metr uzunluğa malik elektrik avtobusu 21 oturacaqdan ibarətdir. Avtobus şəhər küçələrində tam miqyaslı sınaq başlamazdan əvvəl “Forus Biznes Parkı”nda sınaqdan keçirilir”, - nəşr bildirib.
Sınaq dövründə vəziyyətə nəzarət etmək və lazım gəldikdə müdaxilə etmək üçün avtomobildə müvəqqəti olaraq avtomobildə təhlükəsizlik sürücüsü olacaq.
Sürücüsüz avtobuslar emissiyaları azaltmaq və xüsusilə şəhər yerlərində insanların səyahət imkanlarını yaxşılaşdırmaq istəyən ictimai nəqliyyat şirkətləri üçün arzuolunan seçimdir. Özünü idarə edən avtobuslar tranzit mərkəzlərə və oradan daha qısa marşrutları olan yeni avtobus xətləri yaratmağı maliyyə cəhətdən davamlı edə bilər”, - “Forbes” əlavə edib.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank özünün bunu milli texnologiya hərəkatının uğuru adlandırıb. Nazir tviterdəki hesabında “Milli Texnologiya Hərəkatının daha bir qürurverici günü! Avropada ilk dəfə olaraq pilotsuz avtobus ictimai nəqliyyat sisteminə inteqrasiya olunacaq və şəhər nəqliyyatında istifadə ediləcək”, - deyə yazıb.