Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir

Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Avropanın “Car of the Year” müsabiqəsinin 60 nəfərlik münsiflər heyəti 39 iştirakçı modeli arasında yeddi finalçını seçib.
Maraqlı
184
29 Noyabr , 2021 15:08
Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir

Avropanın “Car of the Year” müsabiqəsinin 60 nəfərlik münsiflər heyəti 39 iştirakçı modeli arasında yeddi finalçını seçib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, gələn il fevralın 16-da yekun virilacaq müsabiqənin baş mükafatına namizədlər arasına “Cupra Born”, Ford Mustang Mach-E”, “Hyundai Ioniq 5”, “Kia EV6”, “Pegeot 308”, “Renault Megane E-Tech”, “Scoda Enyaq iV” seçilib. Beləliklə, 7 namizədin 6-sı (“Pegeot 308”dən başqa) elektromobildir.

Qeyd edək ki, bu müsabiqədə iştirak edən avtomobil modelləri Avropanın azı 5 ölkəsində satılmalıdır. Bu ilin avtomobili adına “Toyota Yaris” layiq görülüb.

Son xəbərlər

Orphus sistemi