Audiokasetlərin ixtiraçısı vəfat edib

Audiokasetlərin ixtiraçısı vəfat edib Audikaseti ixtira edən niderlandlı Lu Ottens 94 yaşında dünyasını dəyişib
Maraqlı
11 Mart , 2021 11:42
Audiokasetlərin ixtiraçısı vəfat edib
Lu Ottens

Audikaseti ixtira edən niderlandlı Lu Ottens 94 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Pitchfork” məlumat yayıb.

Mühəndisin qızının sözlərinə görə, mərhum martın 6-da Niderlandın şimalındakı Şimali Brabant əyalətinin Duyzel kəndində öz evində vəfat edib.

Qeyd edək ki, L.Ottens 1926-cı ildə doğulub. Mühəndis ixtisasını mənimsəyən Lu Ottens 1952-ci ildə “Philips” şirkətində işləməyə başlayıb. Orada daha sonra yeni məhsulların hazırlanması şöbəsinə başçılıq edib. Onun rəhbərliyi altında “Philips”in “EL 35 85” modelli ilk portativ maqnitofonu hazırlanıb.

1963-cü ilə Berlinin elektronika sərgisində L.Ottensin hazırladığı maqnit lentli ilk kompakt kaset nümayiş olunub. O, tez bir zamanda musiqilərin yazılması və oynadılması üzrə yeni standarta çevrilib. Həmin müddətdən bəri dünyada 100 milyarddan çox audiokaset satılıb.

1979-cu ildə Ottens başqa bir səsdaşıyıcısı kompakt diskin (CD) hazırlanmasında da iştirak edib. O, rəsmi olaraq 1982-ci ildə təqdim olunaraq yeni səs yazısı standartına çevrilib. Dünyada indiyədək 200 milyarddan çox CD satılıb.

Son xəbərlər

Orphus sistemi