Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTO

Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTO Rusiya tədqiqatçıları Arktikaya ekspedisiya zamanı qəhvə dənləri ilə yaxşı vəziyyətdə qalmış çəlləklər aşkarlayıblar.
Maraqlı
130
18 Oktyabr , 2019 04:03
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTO

Rusiya tədqiqatçıları Arktikaya ekspedisiya zamanı qəhvə dənləri ilə yaxşı vəziyyətdə qalmış çəlləklər aşkarlayıblar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, çəlləyin 1902-ci ildə Amerika ekspedisiyası Evelina Bolduin bazasında qoyulduğu məlum olub.

Səyahətçi-tədqiqatçı Leonid Kruqlov özünün "Instagram"dakı səhifəsində bildirib ki, Amerika ekspedisiyasının bazası Frans İosif torpağında çox yaxşı vəziyyətdə qalıb.

Kruqlov qeyd edib ki, amerikalılar yürüşə əsaslı şəkildə hazırlaşıblar. Onların tabeliyində bir neçə Arktika baza düşərgəsi, 420 Sibir iti, 15 poni və 60-dan çox xizək olub. 

Son xəbərlər

Orphus sistemi