Araşdırma: İstilər ən çox gənclərin həyatına son qoyur

Araşdırma: İstilər ən çox gənclərin həyatına son qoyur Nyu-Yorkun Kolumbiya Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin bir qrup amerikalı alimi həddindən artıq istilərin əhali arasında ölüm hallarına təsirini öyrəndikdən sonra gözlənilməz nəticələrə gəliblər. Məlum olub ki, yüksək temperatur
Maraqlı
8 Dekabr , 2024 04:07
Araşdırma: İstilər ən çox gənclərin həyatına son qoyur

Nyu-Yorkun Kolumbiya Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin bir qrup amerikalı alimi həddindən artıq istilərin əhali arasında ölüm hallarına təsirini öyrəndikdən sonra gözlənilməz nəticələrə gəliblər. Məlum olub ki, yüksək temperatur ən çox gənclərin həyatına son qoyur.

“Report”un məlumatına görə, tədqiqat “Science Advances” elmi jurnalında dərc olunub.

Belə ki, komanda Meksikadan gələn iqlim və demoqrafik məlumatlara baxıb. Təhlil göstərib ki, 1998-ci ildən 2019-cu ilə qədər ölkədə hər il 3300-ə yaxın istiliklə bağlı ölüm qeydə alınıb. Onların demək olar ki, üçdə biri 18-35 yaş arasında olan insanlardır.

Beş yaşından kiçik uşaqlar, xüsusən də körpələr də son dərəcə həssasdırlar. Ümumilikdə, 35 yaşa qədər olan insanlar istidən artıq ölümlərin 75%-ni təşkil edib. Təəccüblüdür ki, 50-70 yaş qrupu istiliklə bağlı ölümlərinən aşağı nisbətinə malikdir.

Tədqiqatçıların fikrincə, nəticələr yüksək temperaturun və yaşın ölümcül olması ilə bağlı fikirləri alt-üst edib, çünki 18-35 yaş arası insanlar əhali arasında ən güclü və ən dözümlü hesab olunur.

Son xəbərlər

Orphus sistemi