Aqressiya ilə videooyunlar arasında əlaqənin olmadığı sübut olunub

Aqressiya ilə videooyunlar arasında əlaqənin olmadığı sübut olunub Yeni araşdırma videooyunlar ilə aqressiya arasında əlaqənin olmadığını növbəti dəfə sübut edib
Maraqlı
879
24 İyul , 2020 14:05
Aqressiya ilə videooyunlar arasında əlaqənin olmadığı sübut olunub

Yeni araşdırma videooyunlar ilə aqressiya arasında əlaqənin olmadığını növbəti dəfə sübut edib.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, araşdırmanı Yeni Zelandiyanın Messi Universitetinin alimləri aparıb.

Məlumata görə, tədqiqatçılar ötən illərin 28 araşdırmasını təhlil ediblər. Bu araşdırmalarda ümumilikdə 21 000-dən çox insan iştirak edib.

Bildirilib ki, oyunlar və aqressiya arasındakı müsbət korrelyasiya əhəmiyyətli sayıla biləcək həddən aşağı olub. Araşdırmanın müəllifi Aaron Drammondun sözlərinə görə, oyunlar və aqressiya arasındakı bağlantını önəmsiz saymaq olar.

A.Drammondun qrupu elmi ictimaiyyəti bu məlumatı oyunlar və onların insanlara təsiri barədə yanılmaların qarşısını almaq üçün geniş yaymağa çağırıb.    

Orphus sistemi