Bakı. 22 dekabr. REPORT.AZ/ Almaniya əsilli amerikalı model Cordan Karver Dortmund "Borussiya"nın futbolçusu Marko Roysa onun şəxsi sürücüsü olmağı təklif edib. "Report"un "Bongdaplus.vn"ə istinadən məlumatına görə, daha öncə Roys sürücülük vəsiqəsi olmadığı üçün 540 min avro cərimələnib.
O, yaxın vaxtlarda nəqliyyat vasitəsi idarə etməkdən də məhrum olunub. Model yarımmüdafiəçini pulsuz gəzdirməyə razılıq vermək üçün şərtlərini də irəli sürüb: "Ya mənim oğlanım olacaqsan, ya da "Borussiya"dan "Bavariya"ya keçməyə razılıq verəcəksən".
"Əlbəttə, mən ağ edirəm, amma hər iki variant əladır" - deyə Karver bildirib.
Qeyd edək ki, Marko Roysla Avropanın bir neçə top-klubu maraqlanır. Onların arasında "Bavariya" və İspaniyanın "Real Madrid" klubları daha aktivdir.