Amerikada Martin Lüter Kinqin xatirəsi anılır

Amerikada Martin Lüter Kinqin xatirəsi anılır Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir
Maraqlı
19 Yanvar , 2015 22:05
Amerikada Martin Lüter Kinqin xatirəsi anılır

BAKI. 19 yanvar. REPORT.AZ/ Amerikada Martin Lüter Kinqin xatirəsi anılır. 

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, bu tanınmış vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.

1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı.

Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu.

1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram, 1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib.

Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi