Almaniyalı rəssam “GoogleMaps”i belə aldatdı

Almaniyalı rəssam “GoogleMaps”i belə aldatdı Almaniyalı rəssam Simon Vekkert “GoogleMaps”də virtual tıxac yaradıb.
Maraqlı
5 Fevral , 2020 09:58
Almaniyalı rəssam “GoogleMaps”i belə aldatdı

Almaniyalı rəssam Simon Vekkert “GoogleMaps”də virtual tıxac yaradıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 99 mobil telefonu arabaya yığaraq Berlinin küçələrində gəzdirib.

Telefonların istiqamətini izləyən “GoogleMaps” sistemi telefon sahiblərinin yavaş hərəkət etdiyini görərək onların tıxacda olduğuna qərar verib. Beləliklə, küçələrin boş olmasına baxmayaraq, “GoogleMaps” proqramında həmin küçələr qırmızı rəngə boyanıb.

Servisdən istifadə edən bəzi sürücülər həmin istiqamətlərdə tıxacın olduğunu zənn edərək marşrutlarını dəyişməyə qərar veriblər. 

S.Vekkert bu hərəkəti ilə müasir dünyanın texnologiya və qacetlərdən necə asılı olduğunu göstərmək istəyib. 

Son xəbərlər

Orphus sistemi