Almaniyada ilk 3D yaşayış evi istifadəyə verilib

Almaniyada ilk 3D yaşayış evi istifadəyə verilib Bu gün Almaniyada 3D printeri vasitəsilə tikilmiş ilk yaşayış evi Şimali Reyn Vestfaliya əyalətinin Bekum şəhərində rəsmi şəkildə istifadəyə verilib.
Maraqlı
4697
26 İyul , 2021 18:18
Almaniyada ilk 3D yaşayış evi istifadəyə verilib

Bu gün Almaniyada 3D printeri vasitəsilə tikilmiş ilk yaşayış evi Şimali Reyn Vestfaliya əyalətinin Bekum şəhərində rəsmi şəkildə istifadəyə verilib.

“Report” DPA-ya istinadən xəbər verir ki, əyalət tikinti nazirliyinin məlumatına görə, 160 kvadratmetrə yaxın sahəyə malik ikimərtəbəli fərdi ev araları xüsusi materialla doldurulmuş çoxqatlı bloklardan inşa olunub. 3D texnologiyasının tətbiqilə inşa işləri xeyli sadələşib və tikinti müddəti az olub.

Evin təhvil verilməsi mərasimi zamanı əyalət nəqliyyat naziri İna Şarenbax 200 min avroya yaxın vəsaitə başa gəlmiş bu pilot layihənin gələcəkdə geniş tətbiq olunması üçün hər cür imkanların olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi