Bakı. 8 aprel. REPORT.AZ/ Almaniyanın cənubunda yerləşən Teqernze kurort şəhərinin yerli icra orqanı 83 il əvvəl Adolf Hitlerə verilən fəxri vətəndaşlığı ləğv edib.
"Report" xəbər verir ki, bu barədə yerli "Tegernseer Stimme" nəşri yazıb.
Şəhər Şurasının 16 üzvü yekdilliklə nasist liderinin 1933-cü ildə prezident Paul fon Qindenburq tərəfindən kansler təyin olunarkən aldığı bu addan məhrum edilməsinin "lehinə" səs verib.
Şəhər meri Yohannes Xan şəhərin nə üçün diktaroru indi bu addan məhrum etdiyini bilməyib, lakin bunun əvvəl-axır baş verməsindən məmnun olduğu bildirib. İclasda, həmçinin Şəhər Şurası tərəfindən fon Qinderburqun özünün də bu addan məhrum edilməsi qərarı dəstəklənib.