Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar

Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin alimləri gec yeməyin insan səhhəti üçün təhlükəli olduğunu bəyan ediblər.
Maraqlı
14 Noyabr , 2019 03:39
Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar

ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin alimləri gec yeməyin insan səhhəti üçün təhlükəli olduğunu bəyan ediblər.

"Report" "REN TV"yə istinadən xəbər verir ki, tədqiqatalar görə, 18.00-dan sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilir. 

Təcrübədə 112 qadın iştirak edib. Hamısı da bir il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar.

Məlum olub ki, saat 18.00-dan sonra qida istehlak edən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır.

Hesab edilir ki, orqanizm axşam qəbul edilən kaloriləri həzm edə bilmir.

Həkimlər gündəlik gəzmək və idman növləri ilə məşğul olmağı tövsiyyə edirlər. Digər tərəfdən axşam qəlyanaltılarından imtina vacibdir. 

Son xəbərlər

Orphus sistemi