Alimlər insan embrionunun laboratoriyada inkişaf edə bildiyini sübut edib

Alimlər insan embrionunun laboratoriyada inkişaf edə bildiyini sübut edib Bu tibbi yenilik vasitəsilə sonsuzluq və erkən doğumun qarşısı alınacaq
Maraqlı
5 May , 2016 12:20
Alimlər insan embrionunun laboratoriyada inkişaf edə bildiyini sübut edib

Bakı. 5 may. REPORT.AZ/ Amerika və Britaniya alimləri dünyada ilk dəfə iki həftəlik insan embrionlarını laboratoriyada inkişaf etdiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, alimlər insan embrionunun ana bətnində yerləşmədən də inkişaf edə bildiyini sübut edib. 

Məlumata görə, təcrübəni Nyu-Yorkda yerləşən Rokfeller Universitetinin tədqiqatçıları aparıb. Tədqiqat müddətində, yəni 12 gün ərzində laboratoriya şəraitində insan embrionları tam normal inkişaf edib.

Bu əsas elmi sıçrayış hesab olunur, çünki bu ixtira vasitəsilə sonsuzluğun və erkən doğumun qarşısı alacaq. Bu tibbi yenilik alimlərə insan bədəninin və hüceyrələrin inkişafını anlamağa kömək edəcək.

2 həftədən artıq insan embrionu ilə laboratoriyada təcrübə aparmaq qanunvericiliyə zidd olduğu üçün, alimlər təcrübəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi