Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb

Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb Alimlər Ekvadorun Amazon meşələrində azı 2,5 min il əvvəl salınmış yaşayış məntəqələri şəbəkəsini aşkarlayıblar.
Maraqlı
13 Yanvar , 2024 01:48
Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb

Alimlər Ekvadorun Amazon meşələrində azı 2,5 min il əvvəl salınmış yaşayış məntəqələri şəbəkəsini aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Science” elmi jurnalı yazıb.

Ərazidə qazıntı işləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Stefan Rostenin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən aparılıb. Rostenin komandası Amazon meşələrində alimlərin əvvəlki kəşflərindən min il daha qədim yaşayış məskənləri aşkar edib. Jurnal yazır ki, insanlar təxminən eramızdan əvvəl V əsrdən eramızın III-VI-cı əsrlərinə qədər Upano vadisində yaşayış məntəqələrində yaşayıblar.

Bildirilir ki, arxeoloqlardan ibarət qrup Upano vadisində 300 kvadrat kilometr ərazidə beş böyük və 10 kiçik yaşayış məntəqəsi aşkarlayıb.

Hər bir qəsəbədə bir çox yaşayış və mərasim binalarının izləri var. Yaşayış məntəqələrini birləşdirən yollar şəbəkəsi onların eyni vaxtda mövcud olmasını göstərir.

Son xəbərlər

Orphus sistemi