ABŞ milyarderi səhrada şəhər inşa etməyi planlaşdırır

ABŞ milyarderi səhrada şəhər inşa etməyi planlaşdırır ABŞ milyarderi Mark Lor Birləşmiş Ştatlarda yeni şəhər inşa etmək niyyətindədir.
Maraqlı
245
7 Sentyabr , 2021 03:30
ABŞ milyarderi səhrada şəhər inşa etməyi planlaşdırır

ABŞ milyarderi Mark Lor Birləşmiş Ştatlarda yeni şəhər inşa etmək niyyətindədir.

“Report” CNN-a istinadən xəbər verir ki, layihənin qiyməti 400 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Ancaq sahibkarın özünün də qeyd etdiyi kimi, xərclər sonrakı mərhələlərdə arta bilər.

Səhrada inşa ediləcək şəhərə "Telosa" adı verilib. Tikinti üçün potensial ərazilər arasında Arizona, Texas, Nevada və Yuta ştatları var.

Məlumata görə, 25 milyard ABŞ dolları məbləğində qiymətləndirilən ilkin mərhələdə şəhərdə 50 min insan yaşayacaq. Sonrakı 40 il ərzində əhalinin sayını 5 milyon nəfərə çatdırmaq planlaşdırılır.

Əgər bütün işlər plan üzrə getsə, onda "Telosa" ilk sakinlərini 2030-cu ildə qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi