ABŞ-ın ən qocaman sakini vəfat edib

ABŞ-ın ən qocaman sakini vəfat edib Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın ən qocaman sakini Delfin Qibson 114 yaşında vəfat edib.
Maraqlı
11 May , 2018 02:36
ABŞ-ın ən qocaman sakini vəfat edib

Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın ən qocaman sakini Delfin Qibson 114 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pensilvaniya ştatının qubernatoru Tom Volf bildirib.

Uzunömürlü qadın 2004-cü ildən Pensilvaniyanın Hantinqdon şəhərindəki qocalar evində yaşayırdı. Qubernatorun sözlərinə görə, qadın ömrünün 90 ildən çoxunu Pensilvaniyada keçirib.

1903-cü ilin 17 avqustunda dünyaya gələn Qibson Adeli Danlapın 2017-ci ildə vəfat etməsindən sonra Amerikanın ən qocaman sakini sayılırdı. Hazırda ölkənin ən uzunömürlü sakini 113 yaşlı Lessi Braun hesab edilir.

Son xəbərlər

Orphus sistemi