ABŞ-da sərnişinlər sürücüsüz avtomobildə gəzəcəklər

ABŞ-da sərnişinlər sürücüsüz avtomobildə gəzəcəklər ABŞ-ın Kaliforniya ştatının Kommunal Müəssisələr üzrə Komissiyası Cruise şirkətinə pilotsuz avtomobillərin verilməsi üzrə birinci proqramda sərnişinlərə iştirak səlahiyyəti verib.
Maraqlı
5 İyun , 2021 06:57
ABŞ-da sərnişinlər sürücüsüz avtomobildə gəzəcəklər

ABŞ-ın Kaliforniya ştatının Kommunal Müəssisələr üzrə Komissiyası "Cruise" şirkətinə pilotsuz sərnişin avtomobilləri üzrə ilk proqramda iştirak səlahiyyəti verib.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə komissiya bildirib.

"Cruise” CPUC pilotsuz proqramın ilk iştirakçısıdır. Proqrama əsasən sərnişinlər sürücüsüz test avtomobilində gəzə bilərlər. “Cruise” sərnişinlərdən test nəqliyyatında səfərlər üçün gediş haqqı almaya bilər", - xəbərdə deyilir.

Komissiya rəhbərliyi pilotsuz proqramda iştirak etmək üçün ilk icazənin verilməsinin diqqətəlayiq mərhələ olduğunu və sürücüsü olmayan avtomobillərin hərəkət ehtiyaclarını qarşılayarkən yol təhlükəsizliyini artıracağını söyləyib.

Qeyd edilir ki, “Cruise”in avtomobilləri yoxlamaq icazəsi var idi, amma şirkət indi sənədlə nəqliyyat vasitələrini sərnişinlərə vermək hüququ qazanıb.

ABŞ-da pilotsuz avtomobillərdən istifadəyə bir müddət əvvəl icazə verilib.

Son xəbərlər

Orphus sistemi