ABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildi

ABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildi ABŞ-ın Oklahoma ştatının hakimiyyət orqanları “qar adam”ın tutulması üçün mükafatın məbləğini bir neçə dəfə artırıb.
Maraqlı
8 Mart , 2021 06:29
ABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildi

ABŞ-ın Oklahoma ştatının hakimiyyət orqanları “qar adam”ın tutulması üçün mükafatın məbləğini bir neçə dəfə artırıb.

“Report” xəbər verir ki, bu barədə “The Sun” yazıb.

İndiyə qədər “qar adam”ın müvəffəqiyyətli ovu üçün mükafat fondu 25 min ABŞ dolları təşkil edirdi. İndi "insanabənzər varlığ"ı tutmağa müvəffəq olacaq şəxs 2,1 milyon ABŞ dollar alacaq

Nəşr qeyd edib ki, yenilik turist axınının artırılmasına yönəlib.

"Bu, insanların diyarımızdan zövq alması və əylənmələri üçün əla fürsət olacaq", - ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və qanunvericilik təşəbbüsünün müəllifi Castin Xamfri hesab edir.

Son xəbərlər

Orphus sistemi