"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu, həmin ştatın qanunları tərəfindən dəstəklənəcəyi halda mümkün olacaq.
Oreqon ştatının federal prokuroru Amand Marşall bildirib ki, hindu tayfaları bir neçə əyalətdə, o cümlədən Oreqon, Vaşinqton və Koloradoda "narkoticarətin qanuniləşdirilməsi" məsələsini qaldırıblar.
Yerli şərhçilər bildirib ki, həmin yerlərdə "narkoticarət çiçəklənəcək". Çünki əvvəllər oralarda qumarxanalar və bu kimi başqa əyləncəli oyunlara da icazə verilib.
Hindu tayfalarının bir çoxu narkoticarətə və onun qanuniləşdirilməsinə qarşı çıxış ediblər.