Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü qadın ABŞ-da vəfat edib

Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü qadın ABŞ-da vəfat edib İndi uzunömürlülük üzrə rekordçu İtaliyadan 116 yaşlı Emma Morano hesab olunur
Maraqlı
13 May , 2016 11:24
Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü qadın ABŞ-da vəfat edib

Bakı. 13 may. REPORT.AZ/ Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü qadın Suzanna Muşatt Cons Nyu-Yorkda 117 yaşında vəfat edib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Consun qohumları bildirib ki, onun 10 qardaş və bacısı olub, və qeyd ediblər ki, Consun uzunömürlülüyün sirləri onun ailəsinə olan məhəbbəti və yaxınlarına qarşı qayğıkeşliyi ilə bağlıdır. 

Afro-amerikalı olan S.Cons 1899-cu ildə Alabama ştatında anadan olub. Planetin ən uzunömürlü sakini kimi onun adı Ginnesin Rekordlar Kitabına rəsmi olaraq 2015-ci ildə Tokioda 117-yaşlı Misao Okava öldükdən sonra salınıb. 

İndi uzunömürlülük üzrə rekordçu İtaliyadan 116 yaşlı Emma Morano hesab olunur. E.Morano Condan cəmi bir neçə ay balacadır.

Son xəbərlər

Orphus sistemi