ABŞ-ın Məhkəmə İcraçıları Xidməti Amerikanın ən çox axtarılan qaçaqlarından biri hesab edilən şəxsin kimliyini 50 ildən çox vaxt keçdikdən sonra müəyyən edib.
"Report" xəbər verir ki, bu barədə məlumat xidmətin
Teodor Konrad 1969-cu ildə işlədiyi bankdan 215 min ABŞ dolları (indiki məzənnə ilə 1,6 milyon dollar) oğurlayıb. Oğurluq hadisəsi cəmi bir neçə gün sonra məlum olub.
Konrad 50 ildən çoxdur ki, hüquq-mühafizə orqanlarından gizlənməyi bacarıb. Oğurluqdan 3 ay sonra cinayətkar Havay mehmanxanalarından birinin barında ər-arvadla söhbət etdikdən sonra az qala ifşa edilib - onlar telekanallardan birindən reportajda onu tanıyıblar.
O, 1970-ci ildən Tomas Randall adı ilə Boston ətrafında məskunlaşıb. Cinayətkarın izlərini Konradın artıq yeni soyadla tərtib etdiyi sənədlərin yoxlanılması sayəsində tapmaq mümkün olub.
Cinayətkarı məsuliyyətə cəlb etmək alınmayıb: - kişi 2021-ci ilin mayında xərçəng xəstəliyindən ölüb.