ABŞ-da dörd nəfər lotereyada 1,05 milyard dollar uddu

ABŞ-da dörd nəfər lotereyada 1,05 milyard dollar uddu ABŞ-ın Miçiqan ştatında dörd amerikalı “Mega Millions” lotereyasında 1,05 milyard dollar udublar
Maraqlı
13 Mart , 2021 01:21
ABŞ-da dörd nəfər lotereyada 1,05 milyard dollar uddu

ABŞ-ın Miçiqan ştatında dörd amerikalı “Mega Millions” lotereyasında 1,05 milyard dollar udub.

Bu barədə “Report” NBC telekanalına istinadən xəbər verir.

Qaliblər “Wolverine FLL Club” lotereya klubunun üzvləridir. Onlar uduşlu biletləri Detroyt şəhərinin ətrafındakı “Kroger” ərzaq mağazasından alıblar. Uduşlu nömrələr 04-26-42-50-60-dan yaranıb.

ABŞ-da lotereya uduşlarından da vergi tutulur, qaliblər təqribən 776 milyon ABŞ dolları ödəyirlər. Lotereyanın qaliblərinin adları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi