Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında məktəbəgədər yaşı olan uşaq tapancadan atəş açıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Dirborn şəhərində, səhər saatlarında baş verib.
İnsident zamanı 2 nəfər xəsarət alıb. Onların hər ikisinin 3 yaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, azyaşlı tapancanı yaşadığı evin qaşısında tapıb.