2030-cu ilədək orta ömür müddəti ilk dəfə 90 ili ötəcək

2030-cu ilədək orta ömür müddəti ilk dəfə 90 ili ötəcək Cənubi Koreya qadınların orta ömür müddətinin 90 ili ötəcəyi dünyada ilk ölkə olacaq
Maraqlı
112
22 Fevral , 2017 12:56
2030-cu ilədək orta ömür müddəti ilk dəfə 90 ili ötəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Cənubi Koreya qadınların orta ömür müddətinin 90 ili ötəcəyi dünyada ilk ölkə olacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və London İmperial Kollecinin alimlərinin araşdırmasına görə, bu hal 2030-cu ildə baş verəcək.

Araşdırmaya görə, 2030-cu ilə qədər digər inkişaf etmiş ölkələrdə də qadınlar kifayət qədər uzun müddət yaşayacaq, amma onlar bu göstəricidə Cənubi Koreyaya çata bilməyəcəklər. Yaponiya, Fransa, İspaniya və İsveçrədə qadınların orta ömür müddəti 88 ilə çatacaq.

Kişilər isə 2030-cu ilə qədər Cənubi Koreya, Avstraliya və İsveçrədə daha uzunömürlü olacaq. Alimlərin proqnozlarına görə, bu ölkələrdə gözlənilən orta ömür müddəti 84 il təşkil edəcək.

Qeyd edək ki, alimlər Cənubi Koreyada orta ömür müddətinin artmasını iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlayır: uşaqlar daha yaxşı qidalanır, əhalinin səhiyyə xidmətlərinə və son tibbi texnologiyalara çıxışı yaranıb.

Son xəbərlər

Orphus sistemi