2016-сı ilin "Dünya gözəli" Puerto-Riko təmsilçisi seçilib - FOTO

2016-сı ilin "Dünya gözəli" Puerto-Riko təmsilçisi seçilib - FOTO Dominikan təmsilçisi Yaritsa Miqelina Reyes Ramires müsabiqənin vitse-Dünya gözəli seçilib
Maraqlı
19 Dekabr , 2016 04:26
2016-сı ilin Dünya gözəli Puerto-Riko təmsilçisi seçilib - FOTO

Bakı. 19 dekabr. REPORT.AZ/ Puerto-Riko təmsliçisi Stefani Del Valle ABŞ-da keçirilən "Dünya gözəli -2016" gözəllik müsabiqəsinin qalibi olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-da keçirilən müsabiqənin təşkilatçıları "Tvitter"də yazıblar.

Qeyd edək ki, Del Valledən başqa finala Keniyadan, İndoneziyadan, Dominikan Respublikasından və Filipindən qızlar çıxıblar. Tümenin 18 yaşlı sakini Yan Dobrovolski müsabiqədə Rusiyanı təqdim edib.

Onlardan yalnız Dominikan təmsilçisi Yaritsa Miqelina Reyes Ramires müsabiqənin vitse-Dünya gözəli və İndoneziyadan Nataşa Manuela ikinci vitse-gözəl seçilib.

1951-ci ildə təşkil edilmiş "Dünya gözəli" müsabiqəsi hazırda mövcud olan gözəllik müsabiqələrindən ən köhnəsidir.

Müsabiqədə ümumilikdə 117 qız iştirak edib.

Son xəbərlər

Orphus sistemi