Ziyad Səmədzadə: "İqtisadi fəallığı təmin etmək üçün pul kütləsini artırmalıyıq"

Ziyad Səmədzadə: "İqtisadi fəallığı təmin etmək üçün pul kütləsini artırmalıyıq" Komitə sədri: "Son iki ildəki vəziyyət narahatlıq doğurur"
Maliyyə
6 Dekabr , 2016 12:44
Ziyad Səmədzadə: İqtisadi fəallığı təmin etmək üçün pul kütləsini artırmalıyıq

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda iqtisadi fəallığın təmin olunması üçün pul kütləsinin həcmi artırılmalıdır. "Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq Komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü plenar iclasında bildirib.

"2017-ci ilin dövlət büdcəsində heç bir sosail layihə ixtisar olunmayıb. İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır. Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmirsiz məktəb qalmayacaq, hamısını tamamilə söküb yenisini tikəcəyik", - deyə millət vəkili qeyd edib.

Komitə sədri əlavə edib ki, son illər ərzində təhsil sahəsində aparılan islahatların səmərəliyinin yüksəldilməsi istiqamətində görülən işlər təsdiqləyir ki, dövlət büdcəsində təhsil, səhiyyə üçün kifayət qədər vəsait nəzərdə tutulub: "Təbii ki, yoxsulluq, işsizlik var. Bunun azaldılması istiqamətində işlər görülür. Pensiyalar, əmək haqqı artmalıdır. Bunun üçün isə iqtisadi fəallıq artırılmalıdır".

"İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir.

Ən böyük problemlədən biri bank sektoru ilə bağlıdır. Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib,  son 2 ildəki vəziyyət isə narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallğı təmin edək", - deyə deputat bildirib.

"Maliyyə Sabitliyi Şurası problemlərin həllinə imkan verəcək. Maliyyə bazarı ilə real sektor arasındakı optimal nisbətə nail olmalıyıq. Bankların real sektora dəstəyi üçün SKMF nümunə ola bilər. Yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bütövlükdə sənaye strukturu tamamilə dəyişir. Yüngül sənayenin xüsusu çəkisi hazırda cəmi 3%-dir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye struktruruna malik olaq. Bu layihələr hesabına dövlət büdcəsinin maliyyə əsasları möhkəmlənəcək", - deyə Z.Səmədzadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi