Yuxarı

"Ziraat Bank Azərbaycan"ın səhm emissiyası qeydiyyata alınıb

Türkiyə bankı Azərbaycanda fəaliyyətə başlayır

Bakı. 6 aprel. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Ziraat Bank Azərbaycan" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən, hər birinin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

“Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 30 dekabr tarixli qərarı ilə verilib.

Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi