"Ziraat Bank Azərbaycan"ın səhm emissiyası qeydiyyata alınıb

"Ziraat Bank Azərbaycan"ın səhm emissiyası qeydiyyata alınıb Türkiyə bankı Azərbaycanda fəaliyyətə başlayır
Maliyyə
179
6 Aprel , 2015 16:24
Ziraat Bank Azərbaycanın səhm emissiyası qeydiyyata alınıb

Bakı. 6 aprel. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Ziraat Bank Azərbaycan" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən, hər birinin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

“Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 30 dekabr tarixli qərarı ilə verilib.

Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi