​Yunanıstan BVF-yə borcunu ödəməyib

​Yunanıstan BVF-yə borcunu ödəməyib Borcun vahid şəkildə iyunun sonunda ödəniləcəyi ehtimal olunur
Maliyyə
5 İyun , 2015 16:44
​Yunanıstan BVF-yə borcunu ödəməyib

Bakı. 5 iyun. REPORT.AZ/ Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunu bu gün ödəməyəcəyini açıqlayıb. Öz növbəsində, BVF isə Yunanıstanın iyun ayı üçün borclarının hamısını ayın sonunda birləşdirib ödəyəcəyini bildirib. "Report" xəbər verir ki, BVF nümayəndəsi Cerry Rays Yunanıstanın iyunda ödəməli olduğu 4 müxtəlif krediti ayın sonunda birgə ödəyəcəyini rəsmi şəkildə bəyan edib.

BVF İdarə Heyətinin 1970-ci ildə qəbul etdiyi qərara əsasən, ölkələr eyni ayda olan kreditləri birləşdirərək birdəfəyə ödəyə bilər. Qeyd edək ki, Yunanıstan 300 mln. avroluq borcunu vəsait olmadığı üçün ödəyə bilməyəcəyini bildirib. Rəsmi Afina iyun ayında BVF-yə 1,5 mlrd. avro, Avropa İttifaqına isə 5,2 mlrd. avro ödəməlidir. Lakin Yunanıstan kreditorlarla 4 ay davam edən görüşmələrdən bir müsbət nəticə əldə edə bilməyib.

BVF rəhbəri Kristin Laqard (Christine Lagarde) Brüsseldə Yunanıstanla keçirilən son görüşdə problemin həlli üçün müsbət addımlar atıldığını söyləyib. Görüşdə hər iki tərəfin islahatlar mövzusunda yumşalmaya gedəcəyi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi