Yuxarı

"Yaşıl Kart"la bağlı Azərbaycan-Rusiya müqaviləsi qüvvəyə minib

İki ölkədə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin sahibləri Rusiya və Azərbaycana Yaşıl Kartla səyahət edə biləcəklər

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan "Yaşıl Kart"ını əldə edə biləcəklər.

"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri Azərbaycana səyahət etdikdə Azərbaycanda etibarlı olan "Yaşıl Kart"ı əldə edə biləcəklər. 

Həmçinin, Rusiyaya səfər etmək istəyən vətəndaşlar avqustun 1-dən öncə rəsmiləşdirilən və qüvvədə olan Azərbaycan "Yaşıl Kart"larını (Türkiyə və İran ərazisində etibarlı olan "Yaşıl Kart"lar istisna olmaqla) sığorta müqaviləsini rəsmiləşdirən sığorta şirkətlərinə təqdim etməklə yeni blankda çap edilmiş və üzərində Rusiyanın beynəlxalq ölkə kodu (RUS) açıq olan Azərbaycan "Yaşıl Kart"ları ilə ödənişsiz dəyişdirə bilərlər.

Qeyd edək ki, İSB ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında "Yaşıl Kart" sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli saziş iyunun 23-də Bakıda imzalanıb. Sazişi Azərbaycan tərəfindən İSB-nin icraçı direktoru Elxan Quliyev, Rusiaya tərəfdən isə bu ölkənin "Yaşıl Kart" Bürosunun icraçı direktoru Sergey Razuvan imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi