Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirib

Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirib Bakı. 28 fevral. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankı (BoJ) 2018-ci ildə ikinci dəfə super uzunmüddətli (25 ildən yuxarı) istiqrazların alınması proqramının həcmini azaldıb. 
Maliyyə
28 Fevral , 2018 12:07
Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirib

Bakı. 28 fevral. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankı (BoJ) 2018-ci ildə ikinci dəfə super uzunmüddətli (25 ildən yuxarı) istiqrazların alınması proqramının həcmini azaldıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, BoJ super uzunmüddətli istiqrazların alış proqramını aylıq 10 mlrd. yen (93 mln. dollar) azaldaraq 70 mlrd. yenə (651 mln. dollar) çatdırıb. Xatırladaq ki, 2018-ci il yanvar ayının 9-da BoJ 10-25 illik istirqazların alınması proqramını 10 mlrd. yen azaldıb.

"Dai-ichi Life Research Institute" araşdırma şirkətinin baş iqtisadçısı və BOJ-un sabiq əməkdaşı Hideo Kimano bildirib ki, Yaponiya istiqrazlarının gəlir əyrisinin sabitləşməsi fonunda BoJ yenidən hərəkətlənərək istiqrazların alış proqramının həcmini azaldıb.

BoJ-un qərarından sonra JPY/USD məzənnəsi 107 yen səviyyəsinə geriləyib.

Son xəbərlər

Orphus sistemi