Yuxarı
    Bağlamaq

    ​"YapıKredi Bank Azərbaycan" fəaliyyətini bərpa edib

    Kombi sistemində yaranan qısaqapanma tüstülənməyə səbəb olub

    Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün günorta saatlarında "YapıKredi Bank Azərbaycan" QSC-nin "Dərnəgül" filialında həyəcanlı anlar yaşanıb.

    "Report"un verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən filialın binasında yaranan tüstülənmə səbəbindən işçilər müəyyən müddətlik ofisdən təxliyə olunub.

    Bankın təhlükəsizlik xidmətindən "Report"a bildirilib ki, ofisin texniki hissəsində isitmə sistemində qısaqapanma baş verib: "Bunun nəticəsində yanğın deyil, tüstülənmə olub. Bu səbəbdən filialın işçiləri təhlükəsizliyin təmin olunması üçün ofisdən çıxarılıb. Cəmi 10-15 dəqiqədən sonra, yəni problem tam aradan qaldırıldıqdan sonra filial işini bərpa edib. Hazırda filial adi rejimdə işləyir".

    Qeyd edək ki, bu gün yerli KİV-də "YapıKredi Bank Azərbaycan"ın "Dərnəgül" filialının binasında yanğın baş verməsi ilə əlaqədar xəbər yayılıb. Hadisə yerinə yanğınsöndürən briqadası çağırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi