"YapıKredi Bank" Rusiyadakı bankını satır

"YapıKredi Bank" Rusiyadakı bankını satır Satışdan 57 mln. dollar gəlir gözlənilir
Maliyyə
26 Oktyabr , 2017 09:30
YapıKredi Bank Rusiyadakı bankını satır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin "YapıKredi Bank"ının Moskvadakı törəməsi olan "YapıKredi Bank Moscow"u Rusiyanın "Expobank"ına 57,1 mln. ABŞ dollarına satır. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "YapıKredi Bank"dan İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verilib.

"Bankımız "YapıKredi Bank Moscow"da sahib olduğu 99,84% payını "Expobank"a 3,3 mlrd. rubla (57,1 mln. dollar) satılmasına qərar verib", - deyə məlumatda bildirilir.

"YapıKredi Bank" Azərbaycandakı törəməsi "YapıKredi Bank Azerbaijan" QSC-nin 99,8% səhmlərinə sahibdir.

Xatırladaq ki, "YapıKredi Bank Azerbaijan"ın əsas səhmdarı olan "YapıKredi Bank" 2016-cı ildə 2,933 mlrd. lirə həcmində mənfəət əldə edib, bu da ABŞ dolları ekvivalentində 780 mln.-a bərabərdir.

Son xəbərlər

Orphus sistemi