Xaricilərin Azərbaycan banklarındakı əmanətləri bir ayda 10% azalıb

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri bir ayda 10% azalıb Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri yenidən azalmağa başlayıb.
Maliyyə
8 Yanvar , 2019 12:05
Xaricilərin Azərbaycan banklarındakı əmanətləri bir ayda 10% azalıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri yenidən azalmağa başlayıb. 

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2018-cı ilin noyabr ayında xaricilərin əmanətləri 84,6 mln. manat və yaxud 10% azalaraq dekabrın 1-nə 760 mln. manata düşüb. 

Hesabata əsasən, azalma əsasən xarici valyuta ilə yerləşdirilmiş əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında xaricilərin milli valyuta ilə əmanətləri 11,5 mln. manat və yaxud 13,2% artaraq 98,4 mln. manat, xarici valyuta ilə əmanətləri isə 96,1 mln. manat və yaxud 12,7% azalaraq manat ekvivalentində 661,6 mln. manat təşkil edib. 

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 8 073,5 mln. manat olub və bunun 90,6%-i və ya 7 313,5 mln. manatı rezident, 9,4%-i və yaxud 760 mln. manatı qeyri-rezidnetlər tərəfindən yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi