Xarici investorlar son 12 ildə Türkiyə maliyyə bazarına 69 mlrd. dollar yatırıblar

Xarici investorlar son 12 ildə Türkiyə maliyyə bazarına 69 mlrd. dollar yatırıblar Bu il isə qeyri-rezidentlər Türkiyədə 1,4 mlrd. dollarlıq səhm və istiqraz alıblar
Maliyyə
28 Dekabr , 2016 20:15
Xarici investorlar son 12 ildə Türkiyə maliyyə bazarına 69 mlrd. dollar yatırıblar

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin maliyyə bazarına 2005-2016-ci illərdə qeyri-rezidentlər səhm və dövlət istiqrazlarına 69,5 mlrd. ABŞ dolları yatırıb. "Report"un "Habertürk"ə istinadən verdiyi xəbərə görə, 2016-cı ildəki çevriliş cəhdi, terror hadisələri, kredit reytinqinin azaldılması, "Brexit", ABŞ-dakı prezident seçkiləri və Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlüyü məsələsini dondurması kimi problemlərə baxmayaraq, qeyri-rezidentlər 785 mln. dollarlıq səhm və 588 mln. dollarlıq istiqraz olmaqla cəmi 1,373 mlrd. dollarlıq yatırım həyata keçirib. Son 12 ildə isə xaricilər Türkiyədə 26,847 mlrd. dollarlıq səhm və 42,676 mlrd. dollarlıq istiqraz alıblar.

Nəticədə Türkiyənin əsas fond birjası indeksi BİST-100, 2015-ci ili 71 726 bənddə bitirib, hazırda isə o 77 000 bənd səviyyəsində qərarlaşıb, yəni 7,3% yüksəlib. 

Son xəbərlər

Orphus sistemi