Yuxarı

VTB-nin səhmləri yüksəlməyə başlayıb

Bu, Bankın səhmlərinin 10,9%-nin özəlləşdirilməsi xəbəri fonunda baş verir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın "Bank VTB"-nin səhmlərinin qiyməti özəlləşdirmə xəbərinin açıqlanması ilə bir qədər bahalaşıb. "Report", "RİA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva Fond Birjasından məlumat verilib. MMVB fond indeksinin azalmasına baxmayaraq Bankın səhmlərinin qiyməti 0,1% bahalaşıb.

Xatırladaq ki, "Bank VTB"-nin özəlləşdirilməsi 2017-ci ilə nəzərdə tutulub. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev xəbər verib. Onun sözlərinə görə, Bankın 10,9% səhmlərinin özəlləşdirilməsi planlaşdırılır.

"Bank VTB" Rusiyanın aktivlərinə görə ikinci bankıdır və 651 mlrd. rubl (10,5 mlrd. ABŞ dolları) həcmində nizamnamə kapitalına sahibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi