Yuxarı
    Bağlamaq

    ​"Visa" yeni platformasını istifadəyə verib

    Visa il ərzində mümkün ödəniş qərarları və texnologiyalarının siyahısını genişləndirməyi düşünür

    Bakı. 10 fevral. REPORT.AZ/ "Visa Inc." yeni, "Visa Developer" platformasını istifadəyə verib və bununla da texnologiyalarına və ödəniş xidmətlərinə çıxışı təmin edib. Bu barədə "Report"a şirkətdən məlumat verilib

    "Report" xəbər verir ki, bu addım sayəsində dünyanın ən böyük pərakəndə ödəniş emalı şəbəkəsi ödənişlər və kommersiya əməliyyatlarında yeniliklərdən daha geniş istifadənin mümkün olduğu açıq platformaya çevriləcək.

    Şirkətin təxminən 60 illik tarixi ərzində ilk dəfə tətbiqetmə istifadəçiləri "Visa"nın aparıcı texnologiyalarına, məhsullarına və xidmətlərinə açıq çıxış əldə edəcək.

    "Visa Developer" platforması istehlakçıların və kommersiya tərəfdaşlarının tələbatlarını ödəmək məqsədilə maliyyə təşkilatlarına, ticarət-servis müəssisələrinə və texnoloji şirkətlərə yardım etmək üçün nəzərdə tutulub. Yeni platforma "Visa"nın ən populyar ödəniş texnologiyalarına və xidmətlərinə, o cümlədən hesabın sahibi barədə informasiya mübadiləsinə, kartdan karta pul vəsaitlərinin köçürülməsi texnologiyalarına çıxışı təmin edəcək.

    "Visa" il ərzində mümkün ödəniş qərarları və texnogiyalarının siyahısını genişləndirməyi düşünür", - deyə şirkətdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi