Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyi əmlakın icarəsindən əldə edilən vergi dərəcəsini artımaq niyyətində olmadıqlarını açıqlayıb

    Qurumun məlumatında qeyd edilir ki, bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb

    Bakı. 8 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin yaydığı məlumatda qeyd edilir.

    Qurumun məlumatında qeyd edilir ki, bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

    Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi