​Vergilər Nazirliyi əmlakın icarəsindən əldə edilən vergi dərəcəsini artımaq niyyətində olmadıqlarını açıqlayıb

​Vergilər Nazirliyi əmlakın icarəsindən əldə edilən vergi dərəcəsini artımaq niyyətində olmadıqlarını açıqlayıb Qurumun məlumatında qeyd edilir ki, bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb
Maliyyə
8 İyun , 2016 12:22
​Vergilər Nazirliyi əmlakın icarəsindən əldə edilən vergi dərəcəsini artımaq niyyətində olmadıqlarını açıqlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin yaydığı məlumatda qeyd edilir.

Qurumun məlumatında qeyd edilir ki, bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. 

Son xəbərlər

Orphus sistemi