Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bakı. 17 may. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib.
Maliyyə
17 May , 2018 15:05
Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Mikayıl Cabbarov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbul mayın 30-u saat 11:00-da Şamaxı şəhərində Bakı-Qazax şossesinin 118-ci km-də yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi